ABŞ-da öldürülən Nailin cənazəsi Bakıya gətiriləcək

ABŞ-da öldürülən Nailin cənazəsi Bakıya gətiriləcək

ABŞ-da öldürülən Nailin cənazəsi Bakıya gətiriləcək

19:50 09 May 2019

Cari ilin 6 may tarixində ABŞ vaxtı ilə saat 22:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində 20.01.1982-ci il təvəllüdlü Salamov Nail İlham oğlu naməlum şəxslər tərəfindən yaşadığı evində qətlə yetirilib.
Femida.az -ın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə bildirilib ki, faktla bağlı Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir.

Qeyd olunub ki, mərhumun yaxın qohumları ilə əlaqə saxlanılıb: "Hazırda cənazənin qısa müddət ərzində Azərbaycan Respublikasına göndərilməsi istiqamətində tərəfimizdən iş aparılır. Sənədləşmə işlərinin sabah yekunlaşması gözlənilir və cənazə Reading şəhərindən Nyu-York şəhərinə və oradanda Vətənə göndəriləcək. Qeyd etmək istərdik ki, məsələ səfirliyin tam nəzarətindədir. İstintaq əməliyyatlarının gedişatı barədə əlavə olaraq məlumat veriləcək. Baş vermiş hadisə ABŞ-da yaşayan soydaşlarımızı və səfirliyin kollektivini çox kədərləndirib. Səfirliyin kollektivi adından mərhumun doğmalarına dərin hüzünlə başsağlığı veririk".

Açar sözlər:

Oxunub: 13


Hadisə xəbərləri
Femida.az digər xəbərlər