ABŞ-da Orta Dəhliz ilə bağlı beynəlxalq konfrans təşkil olunacaq

ABŞ-da Orta Dəhliz ilə bağlı beynəlxalq konfrans təşkil olunacaq

ABŞ-da Orta Dəhliz ilə bağlı beynəlxalq konfrans təşkil olunacaq
Dekabrın 12-də ABŞ-ın Baltimor şəhərində "Orta dəhliz: Limanlar və aviadaşımalar vasitəsilə iqtisadiyyatların əlaqələndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Xeberoxu.Az "report"a istinadən xəbər verir ki, konfransı ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyası, Qlobal Palata və Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə təşkil olunacaq.
Tədbir zamanı idxalçılar, ixracatçılar, yük göndərənlər, yük alanlar, ekspeditorlar və ticarətin digər iştirakçıları fikir mübadiləsi aparmaq və Azərbaycanda, Mərkəzi Avrasiya regionunda və onun hüdudlarından kənarda hava yükdaşımalarının imkanlarını və limanların inkişafı məsələlərini müzakirə etmək imkanı əldə edəcəklər.
Tədbirdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, USAID-nin Avropa və Asiya üzrə idarəedicinin köməkçisinin müavini Aleksandr Sokolovskiy, USACC-nin sərdi Rza Vəziri və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev iştirak edəcəklər. Konfransda "Silk Way West Airlines” və "Boeing”in, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Merilend limanının nümayəndələrinin iştirakı ilə müvafiq sessiyalar olacaq.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə” prinsipi tətbiq olunur.
2020-ci ilin dekabr ayından Türkiyədən TBNM ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma 2021-ci ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.

Açar sözlər
Xəzər Dəniz , Rza Vəziri , Aleksandr Sokolovski , Bakı Beynəlxalq Dəniz Ticarət Limanı , Silk Way , Abş Beynəlxalq Inkişaf Agentliyi , Türkiyə , Azərbaycan , Abş , Gürcüstan , Xəzər , Qazaxıstan , Polşa , Ukrayna , Çin , Rumıniya , Sian , Baltimor
İqtisadiyyat xəbərləri
Xeberoxu.az digər xəbərlər