ABŞ-da qasırğa nəticəsində iki uşaq ölüb


https://report.az/storage/news/7ed2858fc069984f27268465ea5f26e5/1ba70e54-b3c8-413d-a0f5-ea3004789ac8_640.jpg

ABŞ-ın Texas ştatının kiçik Franklin şəhərində şənbə günü baş verən qasırğa nəticəsində iki uşaq ölüb, 10-a yaxın insan xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, iki yaralı yerli xəstəxanaya çatdırılıb, digərlərinə isə yerindəcə tibbi yardım göstərilib.

Ştatın San-Antonio şəhərinə güclü dolu yağıb. Pis hava şəraiti Dallas şəhərinin Lav aerodromu və Dallas - Fort-Uert beynəlxalq aeroportundan təyyarələrin uçuşunun dayandırılmasına səbəb olub.

Hadisə xəbərləri
Report.az digər xəbərlər