ABŞ-da qətlə yetirilmiş azərbaycanlının ailəsinə kömək üçün vəsait toplanıb

ABŞ-da qətlə yetirilmiş azərbaycanlının ailəsinə kömək üçün vəsait toplanıb

Məşhur "GoFund.Me" kraudfandinq platformasında ABŞ-ın Pensilvaniya ştatında qətlə yetirilmış azərbaycanlı Nail Salamovun ailəsinə yardım məqsədi ilə vəsait toplanması prosesi davam edir.

Mərhumun ailəsinə və övladlarına - Aydın və Yaquba yardım etmək üçün ilkin məqsədin 10 min dollar olması halında artıq 20 730 dollar yığılıb.

Qeyd edək ki, kraudfandinq platformasında maliyyə vəsaitinin toplanması barədə elan mayın 8-də yerləşdirilib və heç bir gün olmamış, təxminən, 17 min dollar toplanıb.

Toplanan bütün vəsait mərhumun atasına - İlham Salamova veriləcək.

Xatırladaq ki, N.Salamov mayın 8-nə keçən gecə iki naməlum şəxsin onun evinə hücumu zamanı güllə yarası alıb, hadisədən altı saat sonra yerli xəstəxanada keçinib.

Qeyd edək ki, N.Salamov 1982-ci ildə Azərbaycanda anadan olub, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra 1997-1998-ci illərdə tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-a gedib və orada Pensilvaniya Universitetini bitirib.

N.Salamov 16 il yerli "Citizens Bank"da işləyib. (Report)

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər