ABŞ-da Şimali Koreyaya məxsus gəmi həbs olunub –Səbəb


ABŞ-da Şimali Koreyaya məxsus gəmi həbs olunub –Səbəb

Birləşmiş Ştatlar hökuməti Şimali Koreyaya məxsus gəmini KXDR-ə qarşı sanksiyaları pozmaqda şübhəli bilərək həbs edib.

Bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin saytında məlumat dərc olunub.

Bildirilir ki, Şimali Koreyanın iri yük gəmilərindən olan “Wise Honest” KXDR-dən qanunsuz kömür ixracı və Şimali Koreyaya ağır texnika tədarükü üçün istifadə olunub.

“”Wise Honest”ə göstərilən texniki xidmət, avadanlıq və təkmilləşdirmə işlərinə görə ödənişlər şübhəli olmayan ABŞ bankları vasitəsilə dollar valyutasında həyata keçirilib. Bu davranış uzun müddətdir ABŞ-da qüvvədə olan qanunları və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”, — deyə bəyanatın mətnində bildirilir. /Report

Siyasət xəbərləri
İqtisadiyyat Nazirliyində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib

İqtisadiyyat Nazirliyində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib

10-05-2019 20:30 - Faktor.az - Siyasət

İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.



Nazirlikdən verilən məlumata görə, əvvəlcə İqtisadiyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin Hökumət Evinin foyesindəki büstünün önünə gül dəstələri qoyub.



Sonra müasir Azərbaycan dövlətçiliyinin banisi, dahi siyasət korifeyi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.



İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ümummilli Liderin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.



Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, tarixçi alim Yusif Fərzəliyev Heydər Əliyev barədə xatirələrini danışıb, bu dahi şəxsiyyətin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında həlledici rolu, milli iqtisadiyyatın formalaşdırılmasında misilsiz xidmətləri barədə ətraflı məlumat verib.



Sonra İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı and içərək daimi dövlət qulluğuna qəbul olunub.



İqtisadiyyat Nazirliyinin gənc dövlət qulluqçusu əməkdaşı Bəsirə Hacıyeva Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, dövlət orqanlarında gənclər üçün yaradılmış şəraitdən danışaraq, Heydər Əliyev yoluna daim sadiq olacağını vurğulayıb.



Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığı barədə ədəbi-bədii kompozisiya nümayiş olunub.



Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlarına partiya vəsiqələri təqdim olunub.



Tədbirin sonunda Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü ilə bağlı İqtisadiyyat Nazirliyinin orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında keçirdiyi elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb, qalibləri mükafatlandırılıblar.
Strateq.az digər xəbərlər