ABŞ-da TIR sürücüsü olan məşhur türkə fantastik təklif


Hazırda ABŞ-da TIR sürücüsü olan “Yarpaq tökümü” serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karel fantastik təklif alıb.

Teleqraf.com xəbər verir ki, aktyorluqdan imtina edib ailəsi ilə birgə Birləşmiş Ştatlara köçən aktyorun sürücü kimi ayda 8 min dollar qazandığı məlum olub.

Xəbərlərə görə, Tolqa Karel bu günlərdə dalbadal xoş xəbərlər alıb. Əvvəlcə həyat yoldaşı Sara Skottinin 4 aylıq hamilə olduğunu öyrənən aktyora həmçinin tranzit şirkətlərindən birinin reklam siması olmaq təklifi gəlib.

Məşhur aktyor minlərlə namizəd arasında seçildiyi üçün xoşbəxt olduğunu bildirib: “Reklam çarxını gələn həftə Arizona ştatında çəkəcəyik. Həyat hekayəmi eşidəndə çox təəccübləndilər. Həm aktyor olduğum, həm də TIR sürdüyüm üçün məni seçdilər. Reklam çarxı məşhur kanallarda yayımlanacaq. Bu, mənim üçün çox vacibdir. Hollivud məni qabaq qapıdan qəbul etmədi, bəlkə də TIR-la arxa qapıdan içəri girərik”, - deyə Tolqa Karel qeyd edib.


Mədəniyyət xəbərləri
Teleqraf.com digər xəbərlər