ABŞ-da yeni ev satışları Martda 4.5 faiz artaraq 692 min olub. Bu, 2017-ci ilin Noyabr ayından bəri ən yüksək səviyyədir. Proqnoz 2.7% azalma idi.
Beləliklə satışlar 3 ay ardıcıl artıb. Orta hesabla ev qiymətləri illik müqayisədə 9.7 faiz azalma ilə 302 min 700 dollara geriləyib. Bu, 2017-ci ilin Fevral ayından bəri ən aşağı göstəricidir.
Fevral ayı göstəricisi 667 mindən 662 minə dəyişdirilib.