ABŞ-dan Bakıya yaşıl işıq - Qarabağın taleyi...

ABŞ-dan Bakıya yaşıl işıq - Qarabağın taleyi...

Dağlıq Qarabağla bağlı danışıqların Vaşinqtonda davam etdirilməsi təklifi xüsusi əhəmiyyət daşıyır.

Moderator.az xəbər verir ki. bu sözləriAxar.az-a açıqlamasında politoloqQabil Hüseynlideyib.

O, Xarici İşlər naziri Elmar Məmmədyarovun ABŞ Dövlət katibindən danışıqların Vaşinqtonda aparılması ilə bağlı təklif almasının önəmli olduğunu bildirib:

"Burada liderlik uğrunda Rusiya ilə ABŞ arasında yarış elementləri var, amma ABŞ üçün liderlikən çox problemin həlli daha vacibdir. Çünki ABŞ Rusiyaətrafı bölgələrdə öz geostrateji maraqlarını təmin edən vəziyyət yaranmasını istəyir. Belə vəziyyətin yaranmasına mane olan da Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı aparılan müharibə və ya münaqişədir. ABŞ yaxşı başa düşür ki, bu münaqişə səngimədən Azərbaycanın regionda reallaşdırdığı böyük iqtisadi layihəni işə salmaq mümkün olmayacaq. Üstəlik türkmən qazını, Qazaxıstan neftini Xəzərin dibindən keçirməklə Bakı-Ceyhan neft kəməri və eləcə də Azərbaycanın üzv olduğu Cənubi Qaz Dəhlizini birləşdirmək alınmayacaq. Hətta Özbəkistan da bu fikirdədir. ABŞ Avropanın, eləcə də dünyanın neft-qaz təchizatını divertifikasiya etdirməyə, Rusiyanın Avropadakı qaz diktəsinin, inhisarçılığının qarşısını almağa çalışır. Bu məsələdə də ən əhəmiyyətli amil Azərbaycanla Ermənistan arasındakı münaqişəyə son qoyulması, sülhün əldə edilməsidir.

Əlbəttə, Moskva görüşündən sonra danışıqların Vaşinqtonda davam etdirilməsi təklifi xüsusi əhəmiyyətlidir. Doğrudur, Moskva danışıqlar prosesinə mane olmağa çalışır. Ermənilər də, belə desək, Rusiyanın dediyi ilə oturub-durur. Amma hər halda ABŞ-ın təklifi tekton tərəflərə yumşaq mühit yarada bilər. Bir sözlə, ABŞ danışıqlar prosesinə Moskvadan daha güclü stimul verə bilər. Bu səbəbdən Vaşinqton görüşünü sözsüz ki, alqışlamaq lazımdır".

Politoloqun fikrincə, ermənilər başqa dövlətin təsiri altında danışıqlar prosesinə əngəllər yaratmağa davam etsələr də, dünya ictimai rəyinin, xüsusilə ABŞ-ın, Avropa Birliyinin qarşısında çəkilmək məcburiyyətində qalacaqlar:

"Bu ola bilsin, regionda sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Azərbaycan xalqı bunu ürəkdən arzu edir. İşğalçı Ermənistanın siyasi liderlərinin buna uyğun qərar verməsinə böyük ehtiyacı var.

Hələ ki ABŞ Kremlin irəli sürdüyü şərtlərdən qat-qat yaxşı həll variantını təklif edir. ABŞ indiki şəraitdə heç bir qeyd-şərt olmadan erməni əsgərin Dağlıq Qarabağ hüdudlarından kənardakı 7 rayondan geri çəkilməsini istəyir və bildirir ki, Ermənistan özünü işğalçı hesab etmirsə, burdakı qoşunlarını geri çəkməlidir. Dağlıq Qarabağın statusu məsələsinə münasibətdə isə bildirir ki, qaçqınların geri qayıtmasından, bölgədə normal iqtisadi əlaqələrin bərpasından sonra bu danışıqları davam etdirmək olar. ABŞ NATO-nun üzvüdür. NATO 2013-cü ildən bəri bütün sammitlərində postsovet məkanındakı münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dair bəyanat verib. Bu bəyanat artıq bir neçə dəfə səsləndirilib. Bu, dolayısı yolla ABŞ-ın, eləcə də digər NATO üzvlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi anlamına gəlir".

Qeyd edək ki, Polşada səfərdə olan Xarici İşlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Yaçek Çaputoviçlə birgə mətbuat konfransı zamanı bildirib ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün ABŞ-da keçirilməsi ilə bağlı ötən gün ABŞ dövlət katibindən dəvət alıb.

Açar sözlər
Elmar Məmmədyarov , Qabil Hüseynli , Nato , Avropa Birliyi , Azərbaycan , Qarabağ , Abş , Xəzər , Özbəkistan , Qazaxıstan , Moskva , Rusiya , Polşa , Vaşinqton , Ermənistan
Siyasət xəbərləri
Türkiyə Yəmənin keçmiş prezidenti və husi qiyamçılarının liderlərinə sanksiya tətbiq edib

Türkiyə Yəmənin keçmiş prezidenti və husi qiyamçılarının liderlərinə sanksiya tətbiq edib

18-04-2019 10:37 - Report.az - Siyasət
Ondan sonra Əhməd əl-Həşmi president seçilib və o, Salehi ölkənin ikinci böyük şəhəri Taizzin hərbi qubernatoru təyin edib.1978-ci il iyun ayının 24-də ölkə prezidenti Əhməd Hüseyn əl-Həşminin sui-qəsd nəticəsində öldürüldükdən sonra Müvəqqəti Prezidentlik Şurasına üzv seçilən Əli Abdullah Saleh iyulun 17-də keçirilən səsvermə nəticəsində səslərin əksəriyyətini toplayaraq, Şimali Yəmən Respublikasının prezidenti və ölkənin Silahlı Qüvvələrinin Ali Baş komandanı seçilib.1982-ci ilin avqustunda isə o, ölkənin məşvərətçi orqanı sayılan və 8 il sonra siyasi partiyaya çevriləcək Ümumxalq Konqresinin baş katibi seçilib.1990-cı ildə Saleh Küveytə soxulan Səddam Hüseyni dəstəkləsə də İraq qoşunlarının əmirlikdən çıxarılmasından sonra Yəmənin digər ərəb ölkələri ilə münasibətləri pisləşib.2005-ci ildə Əli Abdullah Saleh ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyəcəyini bəyan etsə də bir il sonra vədinə xilaf çıxıb və 77,17 faiz səs toplayaraq, yenidən Yəmən prezidenti olub.2011-ci ilin yanvar-fevral aylarında Tunis və Misirdə başlayan, daha sonra isə Liviyaya sıçrayan xalq inqilablarından sonra növbə Yəmənə gəlib çatıb və nümayişçilər Əli Abdullah Salehin istefası tələbi ilə yürüş və mitinqlər keçirib.
Moderator.az digər xəbərlər