ABŞ-dan Çeçenistanın baş nazirinə QADAĞA

ABŞ-dan Çeçenistanın baş nazirinə QADAĞA

ABŞ Çeçenistan hökumətinin başçısı Müslim Xuçiyevin ölkəyə daxil olmasına qadağa qoyub. ONA “RBK”-ya istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət departamentinin məlumatında bildirilir. Həmin məhdudiyyətlər Xuçiyevin həyat yoldaşı Sapiyat Şabazovaya qarşı da tətbiq olunub. Məlumatda qeyd olunur ki, sanksiyalar “insan haqlarının ciddi pozulmasına görə” yeridilib. Bildirilir ki, söhbət qanunsuz həbslər, işgəncələr, məhkəməsiz qətllər və digər hadisələrdən gedir.

Siyasət xəbərləri
Lent.az digər xəbərlər