ABŞ dan İranın təklifinə rədd cavabı gəldi

ABŞ dan İranın təklifinə  rədd cavabı gəldi

ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib.

Metbuat.az İran mediasına istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözüçsü Seyid Abbas Musəvi bildirib.

O deyib ki, ölkəsinin Xarici İşlər naziri Məhəmmədcavad Zərifin İran və ABŞ arasında məhbus mübadiləsi ilə bağlı təklifi ciddi və əhəmiyyətlidir: “ABŞ-ın məsul şəxslərinin bu təklifə təpgisi onların müzakirə və razılaşma haqqında fikrə sahib olmadıqlarını göstərir”.

S.A.Musəvi əlavə edib ki, M.Cavad cinayəti məlum olan və İranda saxlanılan ABŞ vətəndaşlarını Ağ evin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan sonra müxtəlif dövlətlərdə tutulan İslam Respublikası vətəndaşlarına dəyişməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, M.Cavad Ağ ev rəhbərliyinə İranda tutulan ABŞ vətəndaşlarının Birləşmiş Ştatlarda saxlanılan İslam Respublikası vətəndaşlarına dəyişdirliməsini təklif edib: “Tutulanların dəyişdirlməsi təklifini masaya qoyuram. Mən bu məsələyə hazıram və səlahiyyətim də var”.

Nyu-York-Asiya dərnəyində çıxəş edən M.Zərif bildirib ki, bu təklifi 6 ay əvvəl irəli sürdüklərini,av ncaq Donald Tramp adminstrasiyasında bir cavab almadıqlarını vurğulayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Donald Tramp , Abbas Musəvi , Xarici Işlər Nazirliyi , Iran , Abş
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər