ABŞ donanması yeni “Blockchain” platforması təkmilləşdirir

ABŞ donanması yeni “Blockchain” platforması təkmilləşdirir
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ donanmasının Hava Sistemləri Komandanlığı bildirib.

Məlumata görə, Komandanlığın Filotiliya Hazırlıq Mərkəzinin Qabaqcıl Texnologiyalar Komandası platformanın təkmilləşdirilməsi məqsədilə “Indiana Technology and Manufacturing Companies” firması ilə saziş imzalayıb.

Sazişin məqsədi isə sözügedən platformanın hazırlanması üçün konseptual arxitekturanın ərsəyə gətirilməsidir. ABŞ donanması xüsusilə firmanın hazırda mövcud olan “Simba Chain” platforması ilə yaxından maraqlanır.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər