ABŞ dövlət katibi Rusiya Prezidenti ilə görüşəcək

ABŞ dövlət katibi Rusiya Prezidenti ilə görüşəcək

Mayk PompeoVladimir Putinlə görüşəcək

ABŞ dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

ONA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mayın 12-14-də dövlət katibi Pompeo Moskva və Soçiyə səfər edəcək.

Mayın 13-də Moskvada Mayk Pompeo Rusiyadakı ABŞ səfirliyinin nümayəndələri, amerikalı iş adamları ilə görüşlər keçirəcək. Dövlət katibi Moskvadakı “Naməlum əsgər” abidəsini də ziyarət edəcək.

ABŞ dövlət katibi mayın 14-də Soçidə xarici işlər nazir Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflərin ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edəcəyi gözlənilir.

pia.az