ABŞ-ı don vurdu — 13 ÖLÜ

ABŞ-ı don vurdu    — 13 ÖLÜ

ABŞ-ın Orta Qərb bölgələrində anomal şaxta və sazaq davam edir. Çikaqoda dünən havanın temperaturu -30 olub. Son 150 il ərzində Birləşmiş Ştatlarda belə soyuqlar olmamışdı.


Demokrat.Az Daily Mail-ə istinadən bildirir ki, İllinoys ştatınqda güclü küləklər əsdiyindən Çikaqo sakinləri soyuqları -40 ilə -53 dərəcə arasında hiss edirlər. Anomal soyuqlar səbəbindən məktəblərdə və universitetlərdə dərslər dayandırılıb. 


Sakinlərə kəskin ehtiyac olmadan küçələrə çıxmamaq məsləhət bilindiyindən küçələr bomboşdur.


Soyuqlar səbəbindən evlərə verilən təbii qazın qiyməti 1,5 dəfə qaldırılıb.


Soyuqlar, sazaq və şaxta 13 nəfərin ölümünə səbəb olub. Onlar buz bağlamış yollarda baş vermiş qəzalarda və küçələrdə donvurmalardan ölüblər.


Miçiqan gölü, Niaqara şəlaləsinin bir qismi donub.(Milli.Az)

Hadisə xəbərləri
Demokrat.az digər xəbərlər