ABŞ-ın Federal Appelyasiya Məhkəməsi Trampın miqrantlarla bağlı qərarını dəstəklədi

ABŞ-ın Federal Appelyasiya Məhkəməsi Trampın miqrantlarla bağlı qərarını dəstəklədi

ABŞ-ın Federal Appelyasiya Məhkəməsi, prezident Donald Trampın sığınacaq almaq üçün müraciət edən miqrantları Meksikada saxlatmasının qanuni olduğuna qərar verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın 9-cu Regional Appelyasiya Məhkəməsi San-Fransisko məhkəməsinin qərarını ləğv edərək Trampın qaçqınları sərhəd xaricində saxlatmasının qanuna zidd olmadığına qərar verib. Qərarla Trampın Meksika sərhədindən gələn miqrantların sığınacaq prosedurunun tamamlanmağına qədər sərhəd xaricində saxlanılmağına müvəqqəti legitimlik verilir.

Qeyd edək ki, Mərkəzi Amerikadan Amerika Birləşmiş Ştatlarına gedən 7000-dən çox miqrant 2018-ci ilin dekabrında Meksikanın şimal sərhədi Tijuana şəhərinə çatıb. Ancaq ABŞ sərhədçiləri sərhəddən keçmək istəyən uşaqlar da daxil olmaqla bütün miqrantlara gözyaşardıcı qazla müdaxilə ediblər.

ABŞ prezidenti Donald Tramp məhkəmə qərarı olmadan Meksikadan ABŞ-a keçmək istəyən heç bir miqrantın ölkəyə buraxılmayacağını açıqlamışdı.

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Abşeronda şəhidlərin xatirəsi yad edilib - FOTO

Abşeronda şəhidlərin xatirəsi yad edilib - FOTO

08-05-2019 19:43 - Unikal.org - Siyasət
Unikal.org xəbər verir ki, şəhidlər muzeyi önündə keçirilən mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, qəsəbə sakinləri, şəhidin yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin ailəsinə başsağlığı verən və aprel döyüşləri zamanı hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan İ.Gülməmmədova qeyd edib ki, dörd günlük savaşda düşmən ordumuzun qüdrəti qarşısında vahiməyə düşərək bir daha əmin oldu ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir. İ.Gülməmmədova çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib. Mərasimdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirərən şəhidin atası İntiqam Heydərov qeyd edib ki, bu gün bir daha əmin oldum ki, Əli ölməyib, o, bu gün yaşayır və bundan sonra da yaşayacaq.
Metbuat.az digər xəbərlər