“ABŞ-ın İranla bağlı məqsədi dövlətçiliyi qorumaq şərtilə siyasi rejimin dəyişilməsindən gedir” – Zaur Məmmədov

“ABŞ-ın İranla bağlı məqsədi dövlətçiliyi qorumaq şərtilə siyasi rejimin dəyişilməsindən gedir”  – Zaur Məmmədov

ABŞ Dövlət Departamenti bəzi ölkələrə İran neftini almağı qəti qadağan edəcək.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "The Washington Post" bildirib.

Mənbənin məlumatına görə, mayın 2-dən bütün ölkələr İran neftinin idxalını dayandırmağa məcbur ediləcək. Əks təqdirdə həmin ölkələr Amerika sanksiyaları ilə üzləşəcəklər.

Daha əvvəl ABŞ Maliyyə Nazirliyi İranın yüzlərlə fiziki və hüquq şəxsinə sanksiya tətbiq edib.

Məsələni Metbuat.az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyir ki, Donald Tramp hakimiyyətə gələndən sonra İran məsələsi ilə, ümumiyyətlə Yaxın Şərq siyasəti ilə bağlı ciddi şəkildə radikal addımlar atmağa başlayıb:

“Bildiyiniz kimi, Tramp İsrailə yaxın olan prezidentdir. O, hakimiyyətə gələndən sonra Yaxın Şərqdə İsrail amilinin daha da yüksəlməsinin şahidi olduq. Eyni zamanda Tramp ABŞ, İran və Avropa ölkələri arasında bağlanan sazişdən imtina etdi. Bu sazişdən imtina özü də böyük bir hadisə kimi dəyərləndirilməlidir. Təbii ki, bu sazişdən imtina elə-belə hadisə kimi qiymətləndirilməməlidir. Məqsəd var, məqsəd də odur ki, İranda bugünkü siyasi hakimiyyət zəifləməlidir.

Bu, Yaxın Şərqin bir çox dövlətlərindən fərqli olaraq İran dövlətçiliyini zəiflətmək məqsədi daşımır. ABŞ-ın İranla bağlı məqsədləri İran dövlətçiliyini qorumaq şərtilə siyasi rejimin dəyişilməsindən gedir. Bunun üçün də siyasi rejimə təzyiq kimi neftlə bağlı və ümumiyyətlə İranla digər ölkələr arasında olan iqtisadi münasibətlərin zəiflədilməsindən və heçə endirilməsindən söhbət gedir. Bununla da sonda vətəndaşların ayağına qalxmasına və siyasi rejimin dəyişilməsi məqsədi güdülür”.

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Donald Tramp , Zaur Məmmədov , Abş Dövlət Departamenti , Abş Maliyyə Nazirliyi , Bakı Xəbərləri Class , Bakı , Iran , Israil , Abş
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər