"ABŞ-ın kürdləri məskunlaşdırma cəhdi Suriyanın parçalanması ilə nəticələnə bilər"

"ABŞ-ın kürdləri məskunlaşdırma cəhdi Suriyanın parçalanması ilə nəticələnə bilər"

Rusiya XİN rəhbəri bu fikirlərimətbuat konfransında deyib

Suriyada ərəb qəbilələrinin yaşadığı ərazilərdə ABŞ-ın kürdləri məskunlaşdırma cəhdləri Suriyanın parçlanmasına gətirib çıxara bilər.

Verilən məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz başa düşürük ki, əsrlər boyu Suriyada yaşayan kürdlər bir xalq kimi öz hüquqlarından istifadə etməlidirlər. Kürdlərin məskunlaşdığı ərazilər onlara məxsus milli miras kimi qalmalıdır. Ancaq ABŞ-ın kürdləri ərəb qəbilələrinin tarixən yaşadığı ərazilərdə məskunlaşdırmaq cəhdləri çox mənfi prosesdir, birbaşa separatizmə və Suriyanın parçalanmasına aparır,” – deyə Lavrov qeyd edib.(ONA)

pia.az