ABŞ-ın neft ehtiyatları 10 milyon barrelədək artıb

ABŞ-ın neft ehtiyatları 10 milyon barrelədək artıb

Bakı, 2 may, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları artır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 9,9 milyon barrel (2,2 faiz) artaraq 470,6 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 5,5 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə 500 min barrel azalaraq 648,6 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 900 min barrel (0,4 faiz) artaraq 226,7 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,1 milyon barrel azalmışdı.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər