ABŞ İran körfəzinə bombardmançı təyyarələr göndərdi

ABŞ İran körfəzinə bombardmançı təyyarələr göndərdi
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi Vaşinqton Qətərdəki Əl-Udeyd hərbi bazasına strateji bombardmançı “B-52H Stratofortress” tipli təyyarələr göndərib.

Məlumata görə, təyyarələr artıq ABŞ-ın Luiziana ştatındakı “Barksdley” hərbi bazasından çıxıb.

Qeyd edək ki, bu təyyarələr “Tomaqavt” tipli qanadlı raket daşımaq üçün nəzərdə tutulub. “Tomaqavt” tipli raketlər hədəfə doğru yönəldilərək qərargahdan idarə olunur və böyük dağıdıcı qüvvəyə malikdir.

Sevinc Əliyeva

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər