ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyalar haqqında fərman imzalayıb. Sanksiyalar metal hasilatı və istehsalı sahələrini əhatə edir.

AğEvin yaydığı məlumata görə, sanksiyalar İrandadəmir, polad, alüminium və mis istehsalı sahələrini əhatə edəcək.

Sanksiyalar həm İrandaağır metallurgiya sahəsindəçalışan, həm də bu ölkəyləmetal istehsalı sahəsində əməkdaşlıq edən əcnəbi şirkətlərədə şamil ediləcək.

Belə şirkətlkərin aktivləri ABŞmaliyyə nazirliyinin qərarı ilə bloklana bilər. Həmçinin İrana sözügedən metalların istehsalında istifadə olunan məhsulların satılması da qadağan edilib.

“Bu addım İrandakütləvi qırğın silahlarının istehsalının və bu ölkənin terrorçu qruplaşmalarıdəstəkləməsinin qarşısını almaq məqsədi daşıyır”,- deyə Trampın məsələ ilə bağlı daha öncə konqresə ünvanladığı məktubda deyilir.

Siyasət xəbərləri
Faktor.az digər xəbərlər