ABŞ İranın istəyini rədd etdi –XİN açıqladı


ABŞ İranın istəyini rədd etdi –XİN açıqladı

ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözüçsü Seyid Abbas Musəvi bildirib.

O deyib ki, ölkəsinin Xarici İşlər naziri Məhəmmədcavad Zərifin İran və ABŞ arasında məhbus mübadiləsi ilə bağlıtəklifi ciddi və əhəmiyyətlidir: “ABŞ-ın məsul şəxslərinin bu təklifə təpgisi onların müzakirə və razılaşma haqqında fikrə sahib olmadıqlarını göstərir”.

S.A.Musəvi əlavə edib ki,M.Cavadcinayəti məlum olan və İranda saxlanılan ABŞ vətəndaşlarını Ağ evin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan sonramüxtəlif dövlətlərdə tutulan İslam Respublikası vətəndaşlarına dəyişməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki,M.Cavad Ağ ev rəhbərliyinə İranda tutulan ABŞ vətəndaşlarının Birləşmiş Ştatlarda saxlanılan İslam Respublikası vətəndaşlarına dəyişdirliməsini təklif edib: “Tutulanların dəyişdirlməsi təklifini masaya qoyuram. Mən bu məsələyə hazıram və səlahiyyətim də var”.

Nyu-York-Asiya dərnəyində çıxəş edən M.Zərif bildirib ki, bu təklifi 6 ay əvvəl irəli sürdüklərini,av ncaq Donald Tramp adminstrasiyasında bir cavab almadıqlarını vurğulayıb/Report.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər