ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib

ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib

ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib.


Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bildirib.


O deyib ki, ölkəsinin Xarici İşlər naziri Məhəmmədcavad Zərifin İran və ABŞ arasında məhbus mübadiləsi ilə bağlı təklifi ciddi və əhəmiyyətlidir: “ABŞ-ın məsul şəxslərinin bu təklifə təpgisi onların müzakirə və razılaşma haqqında fikrə sahib olmadıqlarını göstərir”.


S.A.Musəvi əlavə edib ki, M.Zərif cinayəti məlum olan və İranda saxlanılan ABŞ vətəndaşlarını Ağ Evin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan sonra müxtəlif dövlətlərdə tutulan İslam Respublikası vətəndaşlarına dəyişməyə hazır olduğunu açıqlayıb.


Qeyd edək ki, M.Zərif Ağ Ev rəhbərliyinə İranda tutulan ABŞ vətəndaşlarının Birləşmiş Ştatlarda saxlanılan İslam Respublikası vətəndaşlarına dəyişdirliməsini təklif edib: “Tutulanların dəyişdirlməsi təklifini masaya qoyuram. Mən bu məsələyə hazıram və səlahiyyətim də var”.


Nyu-York-Asiya dərnəyində çıxış edən M.Zərif bildirib ki, bu təklifi 6 ay əvvəl irəli sürdüklərini, ancaq Donald Tramp Administrasiyasından bir cavab almadıqlarını vurğulayıb. (report)

Açar sözlər
Abbas Musəvi , Donald Tramp , Xarici Işlər Nazirliyi , Abş , Iran
Siyasət xəbərləri
Mətbuat Şurasına yeni üzvlər qəbul olundu

Mətbuat Şurasına yeni üzvlər qəbul olundu

25-04-2019 00:41 - Yenisabah.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər. İclasda Şikayətlər üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib.
Moderator.az digər xəbərlər