ABŞ koalisiyası səhvən İraq TQ-ni bombalayıb

ABŞ koalisiyası səhvən İraq TQ-ni bombalayıb

ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələri İŞİD-ə qarşı keçirilən əməliyyatda İraq Təhlükəsizlik Qüvvələrinin əməkdaşlarını vurub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kərkükdə antiterror qrupları İŞİD-ə qarşı əməliyyat keçirərkən, havadan dəstək verən koalisiya təyyarələri səhvən TQ-yə aid nəzarət məntəqəsini bombalayıb.

Bombardmanda bir TQ əməkdaşı həyatını itirib, 2-si yaralanıb.

İraq hadisənin koalisiya qüvvələri ilə antiterror qrupları arasında kifayət qədər koordinasiyanın olmamasından qaynaqlandığını vurğulayıb.

Ağalar Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İraq İŞİD ABŞ

Açar sözlər
Ağalar Ağalarlı , Işid , Abş , Iraq , Kərkük
İKT xəbərləri
Ordu.az digər xəbərlər