ABŞ ordusu yeni tüfəngin ayfon kimi olacağını düşünür

ABŞ ordusu yeni tüfəngin ayfon kimi olacağını düşünür

Nyu Cersi ştatındakı Pikatinni Arsenalın Silahlanma Tədqiqatı, İnkişaf və Mühəndislik Mərkəzinin rəsmiləri bildiriblər ki, yeni nəsil tüfəng layihəsinin məqsədi istifadəçilər üçün iOS-a bənzər platforma yaratmaqdır.

“Təsəvvür edin ki, Stiv Cobs və onun mühəndisləri “iPod Touch”ı ilk 3G “iPhone”yə çevirməyə çalışırlar. Onların birinci “iPhone”yə yerləşdirə biləcəkləri min dənə texnologiya vardı, amma onlar platformanı daha da təkmilləşdirməyi seçdilər”, - deyə layihənin rəhbəri, polkovnik Elyot Kaqqins bildirib.

ABŞ Quru Qoşunları ötən ay tüfəng üçün təkliflərə açıq olduğunu və gələcək təkliflərin daha təkmil əlavələri və ya modifikasiyaları qəbul edə biləcək yüksək texnologiyalı platformanı ehtiva etməli olduğunu bildirib. Layihə üzərində çalışan komanda tüfəngə daha uzaq məsafələrdə dəqiqliyini yaxşılaşdırmaq məqsədilə hazırlanmış xüsusi dizaynlı atəşə nəzarət sistemi əlavə etməyə ümid edir.

Başqa bir əlavə edilməsi planlaşdırılan sistem isə kiber hücumlara qarşı möhkəmləndirilmiş prosessordur. Miniatür artilleriya naviqasiya kimi işləyən sistem Qabaqcıl Kiçik Qollar Ballistik Sistemi adlanır. Eyni zamanda əsgərlərə küləyin sürəti kimi məsələlərin öhdəsindən daha rahat başa gəlməkdə kömək edəcək çoxlazerli məsafə ölçü sistemi də tüfəngə quraşdırılacaq.

ABŞ ordusu bu tüfəngi 2022-ci maliyyə ilinin sonuna qədər istifadəyə verməyi planlaşdırır. Onun sınaqları isə bu ilin yayına nəzərdə tutulub. Məlumatlara görə silahı əldə edəcək ilk bölmələr “yaxın döyüş 100000” olacaq.

Ağalar Ağalarlı

Açar sözlər
Stiv Cobs , Ağalar Ağalarlı , Abş
İKT xəbərləri
Ordu.az digər xəbərlər
Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

26-04-2019 15:25 - Ordu.az - Siyasət
500 piyada, 70 süvari, 3 zirehli avtomobil Maştağanın cənubundan Buzovnaya gedən yolla hərəkət etmək istədilər, lakin Maştağa dəstəsi və Ləzgi süvari alayı tərəfindən geri atıldılar.579 Hələ iyulun axırlarında Şollar su xətti türk-Azərbaycan döyüşçülərinin nəzarətinə keçsə də, insanpərvərliklə seçilən türk-müsəlman komandanlığı şəhər əhalisinin əziyyətlərini nəzərə alaraq su xəttinə toxunmadı. 

Sentyabrın 10-da QİO komandanı Bakıya hücum əmrini imzaladı; Şərq Cəbhəsi komandanlığı və Şimal qrupu ləğv edilir; hazırlıq işləri 11 sentyabr saat 21-də tamamlanır; Şərq cəbhəsi kimi tanınan qüvvələr (5-ci, 15-ci firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-ci firqə: 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları, dağ qaubitsa batareyası, 13 rus səhra topu, 4 rus dağ topu, 2 ədəd 105 mm-lik səhra qaubitsası, 3 Qüdrətli dağ batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci piyada alayları, 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari alayları, Dikaya diviziya (Tatar süvari alayı nəzərdə tutulur) və milis (könüllülər) taborları, 105 mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, süvari Azərbaycan bölüyü, iki Krupp dağ, iki rus səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə veriləcək; 5-ci firqə sağ cinahı ilə Hacı Həsən-Ermənikənd istiqamətində irəliləyəcək, Heybət stansiyasından, dəniz sahili və Qurd qapısınadək olan ərazini tutacaq, mümkün olarsa, təpəni zəbt edəcək; 15-ci firqə Biləcərinin şərqindən sağ cinahı istiqamətində hücum edəcək.