ABŞ qəzetləri İran referendumunu necə alqışlayırdı - 40 İL ÖNCƏ...

ABŞ qəzetləri İran referendumunu necə alqışlayırdı - 40 İL ÖNCƏ...

1979-cu il. İran. İslam inqilabı başa çatdı. Amma seçki məntəqələrinin kadrlarından bu hələ məlum deyil. Qadınlar məntəqələrə başı açıq və şalvar geyinərək gəliblər. Kişilər də Avropa tərzində geyiniblər. İrandakı seçicilərin görünüşünü onların Fransada səs verən həmyerlilərdən ayırmaq olmur.

“Biz, İslam inqilabı şüarı ilə köhnə rejimi devirdik. Güman etmək olar ki, referenduma ehtiyac yoxdur, amma biz hər şeyi rəsmi keçirmək istədik.” Bu sözləri o zaman İbrahim Yazdi, inqilab məsələləri ilə bağlı baş nazirin müavini söyləmişdi.

Səsvermədə bu sual qaldırılmışdı: “1906-cı ilin konstitusiyasından imtina edilməlidirmi?” Rəsmi məlumatlara əsasən iranlıların 99 faizindən çoxu suala “hə” cavabı verdi.

Amerika da daxil olmaqla, Qərb mətbuatu demokratiyanın qələbəsini alqışlayır.

-“Milyonlarla iranlı Ayətullah Xomeynin “tənbəl olmamaq” və “seçkilərdə iştirak etmək” çağırışlarına cavab verdi.” (Jacksonville Courier, ABŞ)
- “Aydın günəşli gündə iranlılar İslam Respublikasının lehinə və ya əleyhinə səs vermək üçün məscid, məktəb və bankların önündə növbəyə durdular.” (Kingston Gleaner, ABŞ)
- “Ayətullah Xomeyni İranı İslam Respublikası etdi... Tehran küçələrindəki müsbət əhval-ruhiyyə 16 yanvar tarixini, şahın devrildiyi günü xatırladır.” (Austin Daily, ABŞ)

Növbəti aylarda əhval-ruhiyyə dəyişir. İrandan getdikcə daha çox narahat doğuran xəbərlər gəlməyə başlayır.

-“İranda şahın daha yeddi adamını edam etdilər.” (Havre Daily News, ABŞ)
- “Ərəblər həm şahın, həm də Ayətullahın qarşı olduğu muxtariyyət uğrunda mübarizəni bərpa etdilər.” (Fairbanks Daily News Miner, ABŞ)
- “Qurbanların sayı 200 ölü və 500 yaralıya qədər artıb” (Kingston Gleaner, ABŞ)
- “Amerika serialları İran dövlət televiziyasının efirindən itdi. Bundan sonra axşam əyləncələrini işçilərlə müsahibələr və iqtisadiyyat haqda müharizələr təşkil edəcək.” (Panama City News Herald, ABŞ)

Noyabr ayının əvvəli şah Rza Pəhləvinin verilməsini tələb edən iranlı tələbələr Tehranda ABŞ səfirliyi ələ keçirirlər.

-“Nümayişçilər 60 girovdan birinin gözünü və qollarını arxadan bağlayaraq, kütlənin arasından keçirdilər”(Burlington Daily Times, ABŞ)
- “İran BMT-nin Təhlükəsizlik Şurasının icasını boykot edir və mövqeyini sərtləşdirir.”(Greenville Record-Argus, ABŞ)

Rza Pəhləvi ABŞ-dan çıxır, amma girovlar buraxılmır. Onlar bir ildən daha çox səfirliyin binasında qalacaqlar. 1979-cu ildə İranda il ərzində ikinci referendum keçiriləcək. İslam Respublikası yeni konstitusiyaya səs verəcək. Seçki məntəqələrindəki ab-hava ilk referendumu az xatırladacaq.

Siyasət xəbərləri
Muxalifet.az digər xəbərlər