ABŞ QQ yeni EM proqramı ilə nə axtarır

ABŞ QQ yeni EM proqramı ilə nə axtarır

Ötən ayın 23-də baş tutan konfransda QQ-nin öncəki və yeni planları arasında mövcud olan əsas fərqlər göstərilib. Bunlar Avropa və digər yerlərdən imkanlar boşluğunu bağlama cəhdlərindən meydana gələn təcili ehtiyaclar, sürət prototipinin üç ili, elektron müharibəyə yanaşma, siqnallar kəşfiyyatı, kiber və kosmos, kəşfiyyat cəmiyyətindən tələb olunan qabaqcıl proqram imkanları və yeni milli müdafiə strategiyasıdır.

YTS siqnal kəşfiyyatı, elektron müharibə və kiber imkanları bir-birilə birləşdirir. Bu ABŞ QQ-nin taktiki bölmələri üçün daha adaptiv olmaqla yanaşı, sistemlərin istifadə müddətləri boyunca davamlı innovasiyasını təmin edəcək.

ABŞ QQ-nin rəsmiləri daha öncə YTS-in sürətli həll yolu kimi ənənəvi mənimsəmə yolunu tutmayacağını və əsgərlərin həm faydalı təcrübə, həm də daha böyük imkanlar qazandıracağını bildiriblər.

“Biz bunu gələn həftə yerləşdirəcəyik? Xeyr təbii ki, bu zəruri deyil, amma biz bunu on ilə də saxlamayacağıq, qarşıdakı 2-3 il ərzində əldə edəcəyik”, - deyə polkovnik Cennifer Makafi bildirib.

Qeyd edək ki, YTS-in ilkin dizaynı manevr bölmələrinə dəstək məqsədilə ekspedisionar olacaq. Onun üzərində isə sonrakı arxitekturaların işlənib hazırlanması və daha da təkmilləşdirilməsi nəzərdə tutulub.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər
Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

26-04-2019 15:25 - Ordu.az - Siyasət


Avantüra xarakterlı plan QİO-nun tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azərbaycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə gücünə arxalanırdı. 

 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan (1917-ci 96 ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat, təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.