ABŞ Rusiya və Çinlə yeni nüvə sazişi bağlamağa hazırlaşır

ABŞ Rusiya və Çinlə yeni nüvə sazişi bağlamağa hazırlaşır

ABŞ administrasiyası Rusiya və Çinin də iştirakını nəzərdə tutan nüvə silahları üzərində nəzarətə dair saziş layihəsinin hazırlıqları ilə məşğuldur.
"Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
"Prezident açıq-aydın işarə etdi ki, o, silahlanmaya nəzarətə Rusiya və Çinin də daxil edilməli olduğunu və bütün silahların, döyüş başlıqlarının və bütün raketlərin əlavə edilməli olduğunu hesab edir”, – deyə Ağ Ev nümayəndəsi bildirib.
Qeyd olunur ki, Amerika prezidenti Rusiya və Çin ilə möhtəşəm nüvə sazişi bağlamaq istəyir ki, bu da onun üçün xarici siyasətdə mühüm nailiyyət ola bilər.
Telekanalın məlumatına görə, təşəbbüs ən erkən mərhələsindədir.

Siyasət xəbərləri
Ankara və Vaşinqtonun seçimləri: Türkiyə NATO-da qalacaq, yoxsa Avrasiyaya qayıdacaq?..

Ankara və Vaşinqtonun seçimləri: Türkiyə NATO-da qalacaq, yoxsa Avrasiyaya qayıdacaq?..

26-04-2019 09:55 - Milliyol.az - Siyasət
Tarixin ən uğurlu hərbi ittifaqında kritik dərəcədə önəm kəsb etməyə davam etmək istəyir? Yoxsa ittifaqımızı sarsacaq, düşünülməmiş qərarlar alaraq bu ortaqlığın təhlükəsizliyini riskə atmaq istəyir?”
Pensin sözlərinə Türkiyə adından Prezident köməkçisi Fuad Oqtay eyni üsulla “Twitter”-dən cavab verib:

“ABŞ bir seçim etmək məcburiyyətindədir! Türkiyənin müttəfiqi kimi qalacaq, yoxsa NATO müttəfiqinin düşmənləri qarşısında müdafiə olunmasını heçə sayaraq terrorçularla ortaqlıq qurub dostluğumuzu riskə atmaq istəyir?”
*
Fuad Oqtayın bu konkret cavabı Türkiyə ilə ABŞ arasındakı əsl problemin səbəbi kimi S-400 raketlərinin deyil, ABŞ-ın Suriyada PKK/PYD ordusu qurması və Türkiyənin müdaxiləsinin qarşısını almasını göstərir.
Beləliklə, ABŞ Dövlət katibi Mayk Pompeonun Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşməsinin ardınca ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Paladino verdiyi bir açıqlamada qeyd edib: “Nazir Pompeo regiondakı tək tərəfli türk əsgəri hərəkatının potensial olaraq əzici nəticələri olacağına dair xəbərdarlıq verərkən şimal-şərqi Suriya ilə bağlı davam edən müzakirələrə də dəstək verdiyini bildirib”.
Türkiyə Xarici İşlər Nazirliyi Nümayəndəsi Hami Ağsoy isə bu açıqlamaya cavab olaraq bildirib: “Görüşdən əvvəl qələmə alındığı bəlli olan bu açıqlama həmin görüşün məzmununu tam əks etdirmir”.
*
ABŞ Türkiyəni NATO-dan çıxara bilərmi? Şimali Atlantik müqaviləsinin 13-cü maddəsi belədir:
“Müqavilə 20 il ərzində qüvvədə qaldıqdan sonra tərəflərdən biri sazişdən çıxma bildirişini Amerika Birləşmiş Ştatları hökumətinə verdikdən 1 il sonra razılaşmanın tərəfi olmaqdan çıxa bilər.
Aktual.az digər xəbərlər