ABŞ: “Şimal axını -2 ” layihəsinin gerçəkləşməsinə imkan verməməliyik

ABŞ: “Şimal axını -2 ” layihəsinin gerçəkləşməsinə imkan verməməliyik

ABŞ: “Şimal axını -2 ” layihəsinin gerçəkləşməsinə imkan verməməliyik

ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyan edib ki, Vaşinqton Rusiyaya “Şimal axını -2” qaz kəməri layihəsini həyata keçirməyə mane olmalıdır.

Bu barədə TASS məlumat yayıb.

Dövlət katibinin fikrinə görə, bu qaz kəməri Rusiya tərəfindən Avropaya təzyiq aləti kimi istifadə olunacaq.

“Rusiya “Şimal axını-2” qaz kəməri layihəsindən Avropaya təzyiq vasitəsi kimi istifadə edəcək. Biz buna imkan verməməliyik”,- deyə Pompeo bəyan edib

Siyasət xəbərləri
 Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019 07:47 - Xeberler.az - Siyasət
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Xeberler.az bildirir ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.
Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli ömür yolunun və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən kütləvi və mühüm tədbirlərdən biri olduğunu söyləyib, müsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir.
"Ən yaxşı təqdimat" müsabiqəsinin əhəmiyyətini qeyd edən Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb.
Oxu.az digər xəbərlər