ABŞ Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Suriyaya qarşı sanksiyaların müddətini uzadıb
Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Tramp Suriyaya qarşı fövqəladə vəziyyət rejiminin və sanksiyaların uzadılması barədə ABŞ Konqresinə tapşırıq verib.

“Rejimin azadlığa və mötəbər hökumət qurmağa çağıran Suriya xalqı ilə amansız müharibəsi Suriya xalqının özünü təhlükə altına qoymaqla yanaşı, bütün regionda qeyri-sabitlliyə səbəb olur. Suriya rejiminin əməl və siyasəti ekstremizmin artmasına rəvac verməkdədir, həmçinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün son dərəcə təhlükə kəsb edir", - deyə məlumatda qeyd olunur.

Sevinc Əliyeva

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər