ABŞ və Çin ticarət müzakirələri gələn həftə Pekində davam edəcək

ABŞ və Çin ticarət müzakirələri gələn həftə Pekində davam edəcək

Ağ Evdən verilən məlumata görə, ticarət müzakirələri gələn həftə ABŞ-ın Xəzinə naziri Steven Mnuchin və ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizerın Pekinə edəcəyi səfərlə davam edəcək.

Ağ Evin sözçüsü Sarah Sandersının verdiyi açıqlamaya görə, gələn həftə başlayacaq danışıqlar əqli və sənaye mülkiyyət hüquqları, texnologiya transferi, kənd təsərrüfatı, xidmət və proqram təminatı məsələlərini özündə birləşdirəcək.

Ağ Ev tərəfindən Çin müzakirə qrupunun Mayın 8-də Vaşinqtonda olacaqları da qeyd olunub.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər