Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xırdalan, 2 may, AZƏRTAC

Abşeron rayonunun Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon Polis İdarəsindən AZƏRTAC–a bildirilib ki, Bakıdan Saray istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Cəfərzadə Elşən Şahlar oğlunu və adı hazırda məlum olmayan başqa bir piyadanı vurub.

E.Cəfərzadə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər piyada isə hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə xəbərləri
Xəzəri çirkləndirən məşhur istirahət mərkəzlərinin adları - SİYAHI

Xəzəri çirkləndirən məşhur istirahət mərkəzlərinin adları - SİYAHI

02-05-2019 08:58 - Azxeber.com - Hadisə
"Vətəndaşlarımızı, obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa, axarları və Xəzər dənizini çirkləndirməməyə çağırırıq".


AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) idarə rəisi Ərəstun Həsənov bildirib.

 
O, Xəzər dənizinin Xaçmaz rayonu hissəsində aparılan monitorinqin nəticələrini açıqlayıb: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son monitorinqlərin nəticələri göstərib ki, rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığından, müəssisə və təşkilatlarda formalaşan bərk məişət tullantıları və tullantı suları düzgün idarə edilmir və nəticədə çirkab sular təbii axarlar vasitəsilə birbasa Xəzər dənizinə axıdılır”.


Ə.Həsənov qeyd edib ki, aparılmış analitik təhlillərin nəticələrinə görə su nümunələrində səthi aktiv və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıq olub.


Nazirlik rəsmisinin sözlərinə görə, Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axarlar Qudyalçay, Qusarçay və Vəlvələçaydır ki, bunlar da Xəzəri çirklənməyə məruz qoyur:


"Çayların çirklənməsinə səbəb "Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasıdır.
Azertag.az digər xəbərlər