Abşeronda silahla gəzən İmişli sakini saxlanıldı

Abşeronda silahla gəzən İmişli sakini saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Baş İdarəyə İmişli sakini Rafiq Əhmədovun üzərində qanunsuz olaraq odu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs Abşeron rayonu ərazisində polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Zəfər” markalı tapança, 1 ədəd sandıqça və 10 ədəd patron aşkar olunaraq götürülüb.

R.Əhmədov ifadəsində tapançanı tanışı Samir adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Yasamal rayon sakini Samir Həsənov da saxlanılaraq istintaqa təqdim edilib. S.Həsənov ifadəsində silahın ona məxsus olduğunu etiraf edib.

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər