Abşeronlu gənc musiqiçilərin konserti olub

Abşeronlu gənc musiqiçilərin konserti olub

Xırdalan, 8 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Bakı şəhər Xəzər rayonunda yerləşən A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika internat tipli gimnaziyanın qonağı olub.

Məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov AZƏRTAC-a bildirib ki, kollektiv ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə internatda konsert proqramı ilə çıxış edib.

Musiqi məktəbinin nağaraçılar, sazçalanlar, xalq çalğı alətləri ansamblları və xanəndəlik sinfi şagirdlərinin təqdim etdiyi musiqi nömrələri maraqla dinlənilib.

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər