Acer yeni noutbuk modellərini təqdim etdi

 Acer yeni noutbuk modellərini təqdim etdi

Dünyada kompüter avadanlığı və elektronika istehsalçısı kimi tanınan “Acer” Nyu-Yorkda geymerlərin, yaradıcı insanların, səyyahların və bütün kompüter istifadəçilərinin innovasiya həllərini təcəssüm etdirən laptopların yeni modellərini təqdim etdi. Yeniliklər arasında inqilabi məhsul - ConceptD noutbuku da yer alıb.

Xeberler.az bildirir ki, ConceptD - noutbuk, kompüter və monitorların yeni premium markasıdır. Yeni modelin əsas fərqləri – rəngötürücüsünün yüksək dəqiqliyi (Delta E), yüksək yaddaş həcmi və səssiz emal (minimum dBA) funksiyalarıdır. Bu funksiyalar vizual tərkibin və konsentrasiyanın xüsusi önəm daşıdığı yaradıcı peşə sahibləri – dizayner, rejissor, memar və mühəndislər üçün özəl olaraq təkmilləşdirilib. Şirkət bazara hələ ki, ancaq üç ConceptD modelini təqdim edir: ConceptD5, ConceptD7 və ConceptD9.

"Komandamız istehlakçılara başqa nə təklif edə biləcəyimiz barədə düşünürdü. Məlum oldu ki, bir çox insanlar geymerlərdə olduğu kimi güclü kompüter arzulayır. Amma onlar bu kompüteri oyun oynamaq üçün deyil, iş məqdəsilə istifadə etmək istəyir. Beləliklə, oyun noutbuklarını inkişaf etdirmək və onların texniki xüsusiyyətlərini video və şəkillərlə işləmək üçün təkmilləşdirmək qərarı qəbul olundu", - deyə "Acer"ın icraçı direktoru Ceyson Çen qeyd edib.

ConceptD 9 - 3D formatında şəkil çəkmək və işləmək üçün nəzərdə tutulmuş yeni xəttin flaqmanıdır. Model 17,3 düym 4K ekranla təhciz olunmuş, transformasiya imkanına malik (Acer Predator Triton 900 oyun kompüterinə quraşdırılmış funksiyasının eynisi), eləcə də Wacom dəstəyi ilə təchiz olunub. ConceptD 7 noutbuku ölçücə nisbətən kiçikdir - 15,6 düym və 4K panel. Noutbuk 9-cu nəsil Core i7 və ya qrafik RTX 2080 Max-Q, və ya RTX 2060 prosessoru ilə işləyir, ancaq buna baxmayaraq yaddaş imkanları ConceptD 9 ilə eyni səviyyədədir.

ConceptD məhsulları seriyasında noutbuklardan əlavə həm də yüksəkistehsallı masaüstü ConceptD 900 və 500 kompüterləri təqdim olunub. Bu kompüterlər NVİDA və Quadro RTX ™ 6000 videokartları ilə təhciz olunub, bu da effektlərin vizuallaşması, mürəkkəb 3D modullaşma, simulyasiya və Aİ imkanları yaradır. Yeni NVIDIA Creator Ready drayverləri Autodesk® Arnold, Unreal Engine və REDCINE-X PRO® kimi studiya proqramlarını dəstəkləyir, videoredaktor istehsalçılarının, qrafik dizaynerlərin, animatorların, 3D rəssamlarının iş prosesini sürətləndirir.

Yeni modellərin təqdimatı zamanı çıxış edən “İntel”in vitse-prezidenti, müştəri hesablamaları qrupunun baş direktoru Kris Uolker bildirib ki, “ConceptD” bütün səviyyələrdə kontentin yaradılması üçün ən yüksək tələblərə cavab verən personal kompüterin yaradılması üçün lazım olan dizayn, funksiya və periferik qurğuların birləşməsinin parlaq nümunəsidir.

“Acer” ConceptD yeni brendi ilə yanaşı, həm də yeni oyun və istifadəçi noutbuklarını təqdim etdi. Oyun modellərinin arasında xüsusilə yeni Predator Helios 700-ü qeyd etmək olar. Bu model unikal, sakit işləmək və qızmanın qarşısını almaq üçün hava axını sistemini artıran sürüşkən klaviatura ilə təhciz olunub. Model bütün yeni 9-cu nəsil Intel® Core ™ i9 prosessorları, NVIDIA GeForce RTX ™ 2080 qrafik prosessoru və DDR4, 64 GB yaddaş ilə təhciz olunub.

Ənənəvi noutbuklar arasında “Acer Chromebook”un yeni premium sinfinə aid “Acer Chromebook 715” və “Acer Chromebook 714”u qeyd etmək olar. Bu noutbuklar istifadəçilərin “bulud”da işinin təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün nəzərdə tutulub. Hər iki noutbuk barmaq izi tanıma funksiyasına və “Citrix Ready” sertifikatına malikdir.

“Acer” həmçinin “Aspire” və “Acer TravelMate” noutbuklarının yeni modellərini təqdim etdi. Yeni “Aspire7” metal örtüklə layihələşdirilməklə yanaşı, həm də yüksək istehsal gücünə malikdir. Intel ® Core ™ i7 8-ci nəsil prosessoru, son NVIDIA GeForce® GTX qrafiki və 16 GB qədər daxili DDR4 yaddaşı ilə təhciz edilmiş Aspire 7 əhəmiyyətli hesablama resursları tələb edən gücə malikdir.

Yeni TravelMate P6 noutbuku tez-tez səyahət edənlər üçün idealdır. 20 saata qədər avtonom işləyə bilən model cəmi 16,6 mm nazikliyində və 1.1kq ağırlığındadır. TravelMate P6 bir çox təhlükəsizlik və idarəetmə xüsusiyyətlərinə malikdir, bu da korporativ istifadə üçün idealdır.

Bu il ərzində şirkətin bir sıra yeni modelləri artıq satışa çıxarılacaq.

“Acer” haqqında:

İT xidmətləri, aparat və proqram təminatı üzrə ixtisaslaşmış “Acer”in əsası 1976-cı ildə qoyulub. Şirkət istifadəçilərinin həyat səviyyəsinin artırılması üçün araşdırma, marketinq, satışla məşğul olur.

“Acer” məhsullarına kompüter, ekran, proyektor, server, planşet, smartfonlar və daşınan cihazlar daxildir. Şirkət, həmçinin, “bulud” həlləri də istehsal edir. “Acer” 2016-cı ildə 40 illik yubileyini qeyd etdi və hal-hazırda ən böyük 5 kompüter şirkətindən biridir. “Acer” dünyanın 160-dan çox ölkəsində təmsil olunur və 7000-dən çox işçisi var.

İKT xəbərləri
Xeberler.az digər xəbərlər
 Azərbaycanda Falcons Summit sammiti keçirilir

Azərbaycanda Falcons Summit sammiti keçirilir

26-04-2019 15:50 - Xeberler.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən Bakı şəhərində “Falcons Summit” adlı qlobal tədbir təşkil olunub.
Xeberler.az bildirir ki, “Falcons Summit”in əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən innovativ startap layihələrinin investorlara təqdim edilməsi, maliyyələşdirmə imkanlarının müzakirəsi və Azərbaycanın mövcud sərmayə imkanlarının nümayişindən ibarətdir.
Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda olan startap şirkətləri üçün yeni imkanlar yaratmağa hədəflənib.
Sammitin bu gün keçirilən açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BP şirkətinin rəhbər şəxsləri çıxış edib.
Daha sonra İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan Azərbaycanın investisiya potensialını, ölkəmizə investisiya yatırımının perspektivlərini əhatə edən “İnnovaNation” adlı videoçarx nümayiş olunub.
Sözügedən sammit Körfəz ölkələrindən (Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman), eləcə də, Yaponiya, İtaliya, Fransa, İsrail, İsveçrə, Böyük Britaniya, Türkiyə, Belarus, ABŞ, Qazaxıstan, Koreya, Braziliya, Almaniya, Rusiya, Çexiya, Hindistan və Ukraynadan olan investor, startapçı, sahibkar, şirkət və təşkilat nümayəndələrini bir araya toplayıb.
Tədbirdə adıçəkilən ölkələrdən nümayəndə heyəti ilə yanaşı, dövlət və hökumət strukturlarından rəhbər şəxslər, diplomatik korpusların təmsilçiləri, bank-maliyyə seqmentinin nümayəndələri və özəl şirkət təsisçiləri iştirak edib.
Ümumilikdə tədbirə 500-dən çox layihə və şirkətlərin nümayəndələri qatılıb.
26 aprel tarixinədək davam edəcək “Falcons Summit” çərçivəsində potensial investor, vençur fond və startap şirkətləri arasında “B2B” formatında görüşlərin təşkili də nəzərdə tutulur.