Adi soda ilə 3 möcüzəli maska - Cavan, təravətli, təmiz dəri!

Adi soda ilə 3 möcüzəli maska - Cavan, təravətli, təmiz dəri!

Soda maskaları çox effektli sayılır. Yalnız 1 istifadədən sonra dərinin vəziyyətinin xeyli yaxşılaşmasını görmək olur.


Soda maskalarından həftədə 1 dəfədən artıq istifadə etməyin və dəridə 5-10 dəqiqədən artıq saxlamayın ki, dəri qızarmasın və qıcıqlanmasın.


Milli.Az saglamolun.az-a istinadən soda ilə bir neçə kosmetik maskanın reseptini təqdim edir.


1. Cavanlaşdırıcı maska


1 ç.q. soda + 2 x.q. qatıq + 1 ç.q. bal+ 1 ç.q. limon şirəsi. Hamısı qarışdırılır, üz dərisinə çəkilir, 10 dəqiqədən sonra yuyulur, qidalandırıcı krem çəkilir.


2.Təmizləyici

1 ç.q. soda + 1 x.q. duş üçün gel. Yaxşı qarışdırılır, üz dərisinə çəkilir, yüngül massaj edilir. 5 dəqiqədən sonra maskanı yuyun, qidalandırıcı krem çəkin.


3. Məsamələri daraldan maska (yağlı dəri üçün).


1 yumurtanın ağını çalın, 1 ç.q. soda əlavə edin, yaxşı qarışdırın, dəriyə çəkin, 10 dəqiqədən sonra yuyun.

İKT xəbərləri
Azxeber.com digər xəbərlər