ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub - FOTOLAR

ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub -
FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının təqdimatına həsr olunmuş tədbir keçirilib.


Universitetdən Moderator.az-a verilən məlumata görə, ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayaraq Şuranın ulu öndər Heydər Əliyevin cəmiyyətin inkişafında gördüyü işlərin çox məntiqli və sistemli şəkildə davamı kimi özünü göstərdiyini bildirib:


“Bu, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və tövsiyəsi ilə yaradılan Şuradır. Dövlət dəstəyi, cəmiyyətdə gedən proseslərin, ideyaların, layihələrin üzə çıxmasına, reallaşmasına öz ciddi töhfələrini verib. Elə güman edirəm ki, ağıllı, şüurlu, gələcəyi düşünə bilən, ideyalarını həyata keçirmək üçün canında coşqunluq olan tələbələrimiz bugünkü təqdimatda çox şey öyrənəcəklər. Mənə, həmkarlarıma müəllim və tələbələrimiz tez-tez müxtəlif layihələr üçün müraciət edirlər. Həmin ideyaların cücərməsi, onların ardınca getməyiniz şansınızı həyata keçirmək üçün Dövlət Dəstəyi Şurası özü universitetə gəlib. Şuranın sədri Azay Quliyev QHT-lərin normal insani və vətəndaş cəmiyyətinə layiq mövqe tutması üçün ulu öndərdən bu zamana gələn tövsiyələri həyata keçirmək işində çox böyük əzmlə fədakarlıq göstərir”.


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev universitet rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirib:


“ADU-da olmaq bizim üçün xüsusi əhəmiyyətlidir. Ona görə ki, bu universitetin məzunları Azərbaycanı yalnız ölkə daxilində deyil, ölkə xaricində də çox uğurla təmsil edirlər. Dövlət sizi dəvət edir ki, cəmiyyətin inkişafında sizi, ictimaiyyəti maraqlandıran problemlərin həllində iştirak etsin. Dövlət vətəndaşa şərait yaradır ki, bizim gördüyümüz işlərdən başqa nəyi daha yaxşı etmək istəyirsinizsə, təkliflərinizi verin. Ona görə də Şura öz fəaliyyətini daim yeniləməyə çalışır”.


A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Şura sədri QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya, müraciətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS Xidmət haqda danışıb. Azay Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramını ictimaiyyətə təqdimatına başlanıb.


Sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümayiş olunub. Video-çarxın nümayişindən sonra Şuranın əməkdaşı Elnur Bağırlının “e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı” haqqında çıxışı dinlənilib. Tədbirdə iştirakçılar arasından könüllü olaraq seçilən ADU-nun tələbəsi Nuranə Mustafayeva e-vətəndaş xidmətindən yararlanıb. Beləliklə, e-vətəndaş xidmətinə qoşulmaq üçün tələb olunan sadə prosedur qaydaları reallaşdıran tələbənin e-vətəndaş olması prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib.









Açar sözlər
Elnur Bağırlı , Heydər Əliyev , Azay Quliyev , Ilham Əliyev , Nuranə Mustafayeva , Şura Səd , Vətəndaş Cəmiyyəti , Milli Məclis , Azərbaycan Dillər Universiteti , Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası , Azərbaycan , Milli Məclis
Siyasət xəbərləri
Ankara və Vaşinqtonun seçimləri: Türkiyə NATO-da qalacaq, yoxsa Avrasiyaya qayıdacaq?..

Ankara və Vaşinqtonun seçimləri: Türkiyə NATO-da qalacaq, yoxsa Avrasiyaya qayıdacaq?..

26-04-2019 09:55 - Milliyol.az - Siyasət
Tarixin ən uğurlu hərbi ittifaqında kritik dərəcədə önəm kəsb etməyə davam etmək istəyir? Yoxsa ittifaqımızı sarsacaq, düşünülməmiş qərarlar alaraq bu ortaqlığın təhlükəsizliyini riskə atmaq istəyir?”
Pensin sözlərinə Türkiyə adından Prezident köməkçisi Fuad Oqtay eyni üsulla “Twitter”-dən cavab verib:

“ABŞ bir seçim etmək məcburiyyətindədir! Türkiyənin müttəfiqi kimi qalacaq, yoxsa NATO müttəfiqinin düşmənləri qarşısında müdafiə olunmasını heçə sayaraq terrorçularla ortaqlıq qurub dostluğumuzu riskə atmaq istəyir?”
*
Fuad Oqtayın bu konkret cavabı Türkiyə ilə ABŞ arasındakı əsl problemin səbəbi kimi S-400 raketlərinin deyil, ABŞ-ın Suriyada PKK/PYD ordusu qurması və Türkiyənin müdaxiləsinin qarşısını almasını göstərir.
Beləliklə, ABŞ Dövlət katibi Mayk Pompeonun Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşməsinin ardınca ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Paladino verdiyi bir açıqlamada qeyd edib: “Nazir Pompeo regiondakı tək tərəfli türk əsgəri hərəkatının potensial olaraq əzici nəticələri olacağına dair xəbərdarlıq verərkən şimal-şərqi Suriya ilə bağlı davam edən müzakirələrə də dəstək verdiyini bildirib”.
Türkiyə Xarici İşlər Nazirliyi Nümayəndəsi Hami Ağsoy isə bu açıqlamaya cavab olaraq bildirib: “Görüşdən əvvəl qələmə alındığı bəlli olan bu açıqlama həmin görüşün məzmununu tam əks etdirmir”.
*
ABŞ Türkiyəni NATO-dan çıxara bilərmi? Şimali Atlantik müqaviləsinin 13-cü maddəsi belədir:
“Müqavilə 20 il ərzində qüvvədə qaldıqdan sonra tərəflərdən biri sazişdən çıxma bildirişini Amerika Birləşmiş Ştatları hökumətinə verdikdən 1 il sonra razılaşmanın tərəfi olmaqdan çıxa bilər.
Moderator.az digər xəbərlər