Aeroportda 1 milyon xurma paylanacaq- İbrətamiz...

Birləşmiş Ərəb Əmirliklərinin milli avia-daşıyıcısı olan "Emirates Airline" şirkəti müqəddəs Ramazan ayı boyunca sərnişinlərə 1 milyon xurma paylamağı planlaşdırır.
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, aeroportda və havada uçuş zamanı sərnişinləri iftarı üçün cəmi 150 min qida dəsti paylanacaq.
Avia-şirkət uçuş zamanı iftarın vaxtını təyin etməyə imkan verən xüsusi proqramlardan istifadə edir. Təyyarə komandirləri günəşin qürubu barədə uçaqdakı müsəlmanlara məlumat verəcəklər. Sərnişinlərə Ramazan bayramı şərəfinə də (təxminən 4-6 iyunda) şirniyyat paylanacaq.
Sultan Laçın
Açar sözlər
Sultan Laçın
, Birləşmiş Ərəb Əmirlikləri