AFFA-nın Mxitaryanla bağlı UEFA-ya cavabı

AFFA-nın Mxitaryanla bağlı UEFA-ya cavabı

AFFA "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak üçün Azərbaycana gəlişində heç bir problemin olmayacağını UEFA-ya bildirib.

Faktor.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən "TASS" agentliyinə məlumat verilib.

Məlumatda UEFA-nın digər ölkələrdəki oyunlarına qatılmaq üçün futbolçular üçün viza almaq barədə futbol assosiasiyalarına, klublarına və səfirliklərinə məktub göndərilməsinın standart qayda olduğu bildirilib.

Qeyd olunub ki, AFFA UEFA ilə "Arsenal"ın təsdiq tələbinə müsbət cavab verib və futbolçu üçün heç bir problem olmayacağına, təhlükəsizlik üçün lazımi tədbirlər görüləcəyinə təminat verib.

Xatırladaq ki, Mxitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu.

İdman xəbərləri
Faktor.az digər xəbərlər
Mövsümün ən yaxşısı Emin oldu - 1 səs fərqlə kimi keçdi?

Mövsümün ən yaxşısı Emin oldu - 1 səs fərqlə kimi keçdi?

10-05-2019 16:26 - Faktor.az - İdman
“Üçlüy”ü 20 səslə “Neftçi”nin digər futbolçusu Baqali Dabo qapayıb.

Bundan başqa, Səlahət Ağayev (“Neftçi”) 11, Mirabdulla Abbasov (“Neftçi”) 10, Mahir Mədətov (“Qarabağ”) və Aleksey İsayev (“Sumqayıt”) hərəyə 7, Dani Kintana (“Qarabağ”) 6, Rəşad Eyubov (“Neftçi”) 5, Bədavi Hüseynov (“Qarabağ”), Ağabala Ramazanov (“Səbail”), Ceyms Adeniyi (“Qəbələ”) hərəyə 4, Marko Deviç (“Sabah”), Filip Ozobiç, Qara Qarayev (hər ikisi “Qarabağ”), Elvin Camalov, Stiven Monroz (hər ikisi “Qəbələ”) hərəyə 3, Riçard Almeyda (“Qarabağ”), Tellur Mütəllimov (“Zirə”), Kirill Petrov (“Neftçi”), Bəhlul Mustafazadə, Cavid Hüseynov (hər ikisi “Qəbələ”) hərəyə 2 səs alıblar.

Həmçinin 23 futbolçuya – Vurğun Hüseynov, Peyman Babayi, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev (hamısı “Sumqayıt”), Maykl Essyen, Yevgeni Koçuk, Şəhriyar Rəhimov, Kamal Qurbanov (hamısı “Səbail”), Qismət Alıyev, Rauf Əliyev, Amin Seydiyev, Asif Məmmədov (hamısı “Qəbələ”), Simeon Slavçev, Miçel Madera, Donald Gerrye (hamısı “Qarabağ”), Saşa Stamenkoviç, Coşqun Diniyev, Vitali Kvaşuk (hamısı “Sabah”), Ömər Buludov, Namik Ələsgərov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Nikola Mitroviç (“Keşlə”) və Kamal Mirzəyevə (“Zirə”) bir nəfər səs verib.