AFFA Region Liqasında şübhəli oyun aşkarlanıb

AFFA Region Liqasında şübhəli oyun aşkarlanıb
19 Aprel 2019 [12:28]

Region Liqasında "Füzuli” və "FC Baku” komandaları arasında keçirilmiş oyunun nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olub.


Bu barədə milli assosiasiyanın rəsmi açıqlamasında bildirilir. Aprelin 6-da keçirilmiş qarşılaşma "FC Baku"nun qələbəsi ilə yekunlaşıb - 1:0.


Yeganə qolu ilk hissədə Emin Mustafayev penaltidən vurub. Paytaxtdakı matçda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün iki oyunun yekununda "Füzuli" mübarizəni dayandırıb.


AFFA Region Liqasının İşçi Qrupu daxil olmuş məlumatı araşdırmaq üçün "FC Baku"nun Qusar "Şahdağ"ı ilə aprelin 22-də nəzərdə tutulan yarımfinal görüşünü qeyri-müəyyən müddətə təxirə salıb.


Qeyd edək ki, digər yarımfinal matçı "Uğur" (Sumqayıt) və "Araz Naxçıvan" komandaları arasında keçiriləcək/Report.

İdman xəbərləri
Mia.az digər xəbərlər