Ağacların qorunub saxlanılması məqsədilə MMC rəhbərinə məcburi göstəriş verildi


Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub. Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər