Ağcabədidə mağazaya girən oğru təhlükəsizlik kameralarının yaddaş qutusunu aparıb - FOTO

Ağcabədidə mağazaya girən oğru təhlükəsizlik kameralarının yaddaş qutusunu aparıb - FOTO

Ağcabədidə mağaza qarət edilib.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Boyad kəndində baş verib. Naməlum şəxs və ya şəxslər kənd sakini Abbasov Zahir Həsən oğluna məxsus mağazaya divarı sökərək daxil olublar. Naməlum şəxslər mağazadan 300 manat miqdarında müxtəlif markalı siqaretlər, 200 manat dəyərində ödəmə kartı və kassadan 400 manat nağd pul oğurlayıb. Onlar oğurluq etdikdən sonra mağazada olan nəzarət kamerasının yaddaş qutusunu da aparıblar.

Faktla bağlı rayon Polis Şöbəsi tərəfindənaraşdırma aparır.

Açar sözlər
Abbasov Zahir , Ağcabədi , Qarabağ
Hadisə xəbərləri
Ona.az digər xəbərlər