Ağcabədidə qadın dəm qazından boğularaq öldü


Ağcabədi rayonunda bədbəxt hadisə baş verib

Teleqraf.com-un bölgə müxbiri xəbər verir ki, rayonunun Kəbirli Kənd sakini, 1969-ci il təvəllüdlü Sevil Məmmədova dəm qazından boğularaq ölüb.

Hadisə hamam otağında baş verib.

Hadisədən ilk xəbər tutan ailə üzvləri olub. Qadın xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Həkimlər qadının çoxdan öldüyünü bildirib

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Açar sözlər
Sevil Məmmədova , Ağcabədi
Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər