"Ağdam Muğam Mərkəzində də çıxışlarımız olacaq, amma hələ ki, tarix bəlli deyil"

“Yeddinci Televiziya Muğam Müsabiqəsinin “Nəsimi həftəsi” çərçivəsində Şamaxıda və İsmayıllıda çıxışlarımız oldu və biz artıq yoldayıq, Bakıya qayıdırıq”
Bunu Moderator.az-a açıqlamasında Yeddinci Televiziya Muğam Müsabiqəsinin münsiflər heyətinin üzvü, Xalq artisti Mələkxanım Əyyubova deyib. Xalq artisti müsabiqənin bölgələrdə davam etdirilməsinin orda yaşayan insanlarımız üçün çox faydalı olduğunu bildirib:
“Yeddinci Televiziya Muğam Müsabiqəsinin “Nəsimi həftəsi” çərçivəsində Şamaxıda və İsmayıllıda çıxışlarımız oldu və biz artıq Bakıya qayıdırıq. Təəssüratlarımız isə çox gözəldir. Müsabiqənin bölgələrəmizdə təşkil edilməsi çox sevindiricidir. Çünki müsabiqədə olan iştirakçıların elələri var idi ki, öz rayonunda çıxış edir. Bununla yanaşı, bölgələrdə olan insanlarımız paytaxta Muğam Mərkəzinə gələ bilmədikləri üçün biz onların yanına gedib canlı çıxışlarımızı edirik. İnsanlarımız birbaşa olaraq bu çıxışların yaxından şahidi olurlar. Onlar həm də bundan zövq alırlar. Təsəvvür edin ki, 400 ifaçıdan 20 nəfər seçilir və bu müsabiqədə də onların hamısı bir-bir ələnə-ələnə gəlirlər. Çətinliklər də çoxdur. Ağdam Muğam Mərkəzində də çıxışlarımız olacaq, amma hələ ki, tarix bəlli deyil. Düşünürəm ki, may ayında bunlar baş tutacaq. Müsabiqəmiz iyunun əvvəlində yekunlaşacaq. Bu müsabiqədə öz tələbəm iştirak etmir, amma gələcəkdə ola bilər ki, müsabiqədə tələbələrim olsun. Bu günə kimi keçirilən müsabiqələrdə tələbələrim olub”.
Vasif Əlihüsyn