Ağdaşda “Bölgələrdən bölgələrə” festivalı - Fotolar


Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdaş olub. Yaradıcılıq festivalında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda, Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak ediblər.

Teleqraf.comi xəbər verir ki, respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən festival Ağdaş şəhərindəki Heydər Əliyev parkında keçirilib.

Festivalın budəfəki proqramı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunub. Regional idarələrin özfəaliyyət dərnəklərinin, mədəniyyət işçilərinin, musiqiçilərin ifasında “Azərbaycan”, “Yaşa mənim xalqım”, “Qarabağ şikəstəsi”, “Üç rəngli bayrağım” kimi vətənpərvərlik ruhunda olan və birliyə çağırış mesajı verən mahnılar səsləndirilib.

Regional mədəniyyət idarələrinin tabeliyində olan şəhər və rayonların sənətkarlarının, yaradıcı insanların əl işləri - dekorativ tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, bəzək əşyaları sərgilənib.

Eyni zamanda, regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibana, kvillinq, qobelen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanan əsərləri də nümayiş etdiriblər.

Çoxsaylı insanın iştirak etdiyi festivala rəng qatan anlardan biri Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdaş Mədəniyyət Mərkəzinin Kəndirbazlar Folklor Kollektivinin rəhbəri, tanınan kəndirbaz Məhəmməd Paşayevin kəndir üzərində müxtəlif maraqlı hərəkətlər nümayiş etdirməsi olub.

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə zəngin tarixə və dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, bu sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir, şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradır. Habelə bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açır.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı respublikamızda ikinci dəfədir keçirilir. Festival iki ay davam edəcək.


Mədəniyyət xəbərləri
Allahı yad edən məclisin fəziləti

Allahı yad edən məclisin fəziləti

06-04-2019 22:45 - Milli.az - Mədəniyyət
Elə həmin vaxt Rəbbi mələklərdən - hər şeyi onlardan daha yaxşı bildiyi halda - soruşur: "Qullarım nə deyir­lər?" Mələklər: "Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təqdis edir və Səni tərifləyirlər"- deyə cavab verirlər. Allah soruşur: "Məgər onlar Məni görüblərmi?" Mələk­lər deyirlər: "Xeyr, vallahi ki, onlar Səni görməyiblər!" Allah soruşur: "Bəs Məni görsəydilər, necə olardı?" Mələklər deyirlər: "Əgər onlar Səni görsəydilər, bundan da çox Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini uca tutardılar". Allah soruşur: "Onlar Məndən nə istəyirlər?" Mələk­lər deyirlər: "Onlar Səndən Cənnəti istəyirlər". Allah soruşur: "Mə­gər onlar Cənnəti görüblərmi?" Mələklər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cənnəti görməyiblər". Allah soruşur: "Bəs onu görsəydilər, necə olardı?" Mələklər deyirlər: "Əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar". Allah soruşur: "Onlar Mənə nə­dən sığınırlar?" Mələklər: "Cəhənnəm odun­dan"- deyir­lər. Allah soruşur: "Məgər onlar Cəhənnəmi görüblərmi?" Mələk­lər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cəhən­nəmi görmə­yiblər". Allah soruşur: "Bəs onu görsəydilər necə olardı?" Mələk­­lər deyirlər: "Əgər onu görsəydilər, ondan daha uzağa qaç­mağa çalışar və ondan daha çox çəkinərdilər!" Allah buyurur: "Şahid olun ki, Mən onları bağışladım!" Bu vaxt mələklərdən biri deyir: "Bu camaatın arasın­da olan filankəs onlarla yoldaşlıq edənlərdən deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir".
Teleqraf.com digər xəbərlər