Qara sarımsaq min bir dərdin dərmanıdır

Qara sarımsaq min bir dərdin dərmanıdır

Şəkər xəstəliyi, yaddaş zəifliyi olan şəxslər üçün də qara sarımsaq yemək tövsiyə olunur

BAKI, 23 aprel — Sputnik. Qara sarımsaq Azərbaycan və ona qonşu ölkələrdən fərqli olaraq, Yaponiya, Avstraliya, Amerika və Avropa ölkələrində daha populyardır. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, qara sarımsaq immun sistemini möhkəmləndirir, yeni hüceyrələr yaradır, xərçəng xəstəliyi olma riskini azaldır.

Dərini cavanlaşdıran, saçın uzanmasına daha çox təsir edən bu qida digər xəstəliklərin də dərmanı hesab edilir. Həkimlər ürək və qan-damar xəstəlikləri zamanı da qara sarımsaq yeməyi məsləhət görürlər.

Bundan başqa, şəkər xəstəliyi, yaddaş zəifliyi olan şəxslər üçün də qara sarımsaq yemək tövsiyə olunur.

İKT xəbərləri
Sputnik.az digər xəbərlər