Ağır beyin əməliyyatı keçirən qadın ana olub

Ağır beyin əməliyyatı keçirən qadın ana olub

Altı il əvvəl ağır beyin əməliyyatı keçirən gənc qadın ana olub.

Sozcu.az e-tibb.az-a istinadən bildirir ki, Azərbaycan Tibb Universiteti mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hamiləliyin planlaşdırılması, uşağın sağlam inkişafı və doğuşunda xanıma ATU Tədris Cərrahiyyə Klinikasının həkimləri kömək ediblər.

Klinikanın endokrinoloq-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, 26 yaşlı qadın altı il əvvəl “Açıq hipertenziyalı hidrosefaliya” (periventrikulyar ödem ilə) xəstəliyini keçirib. Bu xanım “sağ tərəfli ventrikuloperitoneal şuntlama” əməliyyatı olunub.

Həkim deyib ki, hidrosefaliya-beyinə mayenin toplanması nəticəsində kəllədaxili təzyiqin artması və ümumi beyin əlamətləri, görmə qabiliyyətinin pozulması ilə müşahidə olunan patologiyadır. Ventrikuloperitoneal şuntlama əməliyyatı zamanı beyin mədəciklərindən şunt vasitəsilə maye periton (qarın) boşluğuna açılır və beyin artıq maye yüklənməsinə məruz qalmır. Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyasından sonra xəstədə şiddətli baş ağrıları, baş gicəllənmə, ürək bulanma, qusma, iki görmə (diplopiya) şikayətləri, obyektiv müayinədə göz dibində başlanğıc durğunluq əlamətləri olub.

Qeyri-müntəzəm aybaşı görən qadın ailə qurduqdan 5 ay sonra hamiləliyi planlaşdırmaq məqsədilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Həkim Natəvan Axundova və komandasının köməyilə xəstədə hormonal fon normallaşdıqdan sonra hamilə qala bilib. Lakin xəstənin hamiləlik dövrü də rahat keçməyib: “Hamiləlik zamanı erkən və gec düşük təhlükəsi, vaxtından əvvəl doğuş təhlükəsi, dölün bətndaxili inkişafının ləngiməsi, simptomsuz bakteriyauriya müşahidə olunub. Bu patologiyalar vaxtında korreksiya edilib. Hamiləlik dönəmində baş beyinlə bağlı heç bir fəsadlaşma olmayıb. Mütəmadi olaraq neyrocərrahla konsultasiyalar aparılıb”.

Nəhayət hamiləliyin 36-cı həftəsində qadın dölyanı mayenin vaxtından əvvəl axması diaqnozu ilə doğum şöbəsinə daxil olub və neyrocərrahın iştirakı ilə keysəriyyə kəsiyi əməliyyatı icra edilib. Qadın çəkisi 2450 qram, boyu 50 sm olan sağlam körpə dünyaya gətirib. Artıq ana və yeni doğulmuş evə yazılıblar.

Hadisə xəbərləri
Sozcu.az digər xəbərlər
“Ermənistanın yersiz iddiaları Türkiyənin də bu mövzu üzərində baş sındırmasını zəruri edir”

“Ermənistanın yersiz iddiaları Türkiyənin də bu mövzu üzərində baş sındırmasını zəruri edir”

15-09-2019 17:23 - Sozcu.az - Siyasət
“Qafqaz-İslam ordusunun Vətənimiz üçün canından keçmiş qəhrəmanlarına doğma qəhrəmanlarımız, şəhidlərimiz kimi dəyər verməliyik ki, qardaş Türkiyəyə yönəlik sual verəndə də içimizdə bir rahatlıq olsun” İllərdi hər birimizin içini gəmirən bir sual 15 sentyabrda – Bakımızın Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının ildönümündə minqat aktuallıq qazanır: Nədən ikinci Ənvər Paşa doğulmadı Türk dünyasında? Nədən Ərdoğan Türkiyəsi Suriyaya, Fələstinə sərgilədiyi həssasiyyətin 10 faizini Azərbaycandakı qardaşlarından əsirgəyir? Yeri gəlmişkən, Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 101-ci il dönümü münasibətlə Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan general-mayoru, Kipr müharibəsi qazisi Cumhur Evcilin “Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi?” sualına verdiyi cavabı Moderator.az-a şərh edən tanınmış ermənişünas alim Qafar Çaxmaqlı haqlı olaraq bir suala cavab istəmişdi ki, “Məgər Qarabağın bunca illər işğalda qalması Türkiyənin təhlükəsizliyinə təhdid deyil..?” Mövzu ətrafında fikirlərini öyrəndiyimiz millət vəkili Fazil Mustafa da bu qənaətdədir ki, Qarabağın işğalda qalması elə Türkiyənin özü üçün də təhdiddir: “Ənvər Paşa şəxsiyyətinin dəyərini Türk milləti bir çox illər sonra anlayacaq.