Ağır xəstəlikdən əziyyət çəkən sumqayıtlı aktyor: "Bədənimə su yığılıb..." - FOTO

Ağır xəstəlikdən əziyyət çəkən sumqayıtlı aktyor: "Bədənimə su yığılıb..." - FOTO

Xeberle.com xəbər verir ki, bu fikirləri open.az-a açıqlamasında Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov deyib.

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor martın 27-dən Sumqayıt şəhər 1 saylı xəstəxanada müalicə alır.

Yalçın Səlimovun sözlərinə görə, hələ bir neçə gün xəstəxanada qalacaq: "Bu həftənin sonuna qədər xəstəxanada qalmalıyam. Sonra müalicəm evdə, ambulator şəkildə davam edəcək. Bədənimə yığılan mayenin tədricən çəkilməsi müşahidə olunur. Ciddi pəhrizdəyəm. Xəstəliyimə baxmayaraq, qidalanmam normaldır. Rəngim özümə gəlir. Ona görə, ümid edirəm ki, tezliklə sağalacam. Sumqayıt Teatrının kollektivi məni bir an unutmur. Teatrın direktoru Mübariz Həmidov bir neçə dəfə yanıma gəlib, müalicəmlə maraqlanıb. Heç kimdən narazılığım yoxdur. Mədəniyyət Nazirliyi mənimlə maraqlanıb. Teatrsız çox darıxıram. Heç zaman işsiz qalmamışam. İnşallah tam sağalıb, yenidən teatra qayıtmaq istəyirəm. Vəziyyətim stabildir. Həkimlərin sözlərinə görə, hələlik qaraciyər köçürülməsinə ehtiyac yoxdur. Amma bu məsələ hələlik dəqiq deyil. Bundan sonra özümü qorumalıyam. Əvvəllər əsəbi deyildim. Çox deyib, gülən adam olmuşam. Amma bu xəstəlik məni yaman əsəbi edib."

Qeyd edək ki, Yalçın Səlimov 20 ildən çoxdur Sumqayıt Dövlət Dram Teatrında çalışır. Teatrın repertuarında olan tamaşalarda maraqlı obrazlar ifa edib.




Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Mədəniyyət xəbərləri
Xeberle.com digər xəbərlər