Ağır xəstəlikdən əziyyət çəkən sumqayıtlı aktyorun vəziyyəti pisləşdi: təcili...

Ağır xəstəlikdən əziyyət çəkən sumqayıtlı aktyorun vəziyyəti pisləşdi: təcili...

Bir müddət əvvəl qaraciyər sirrozu diaqnozu ilə Sumqayıtda xəstəxanaya yerləşdirilən tanınmış aktyor Yalçın Səlimovun vəziyyəti ağırlaşıb.

Y. Səlimov qarnına yığılan mayeyə görə özünü çox ağır hiss etdiyini deyir:

"Vəziyyətim son bir ildə pisləşdi. Ötən il həyatımda çətinliklər çox oldu. Depresiyaya düşdüm. Ötən ayın sonunda vəziyyətim daha da ağırlaşdı. 1 nömrəli Sumqayıt şəhər xəstəxanasına yerləşdirildim. Müalicələr aparıldı, iynə-dərman qəbul etdim. Sağ olsun həkimlər, çox raziyam. Diqqət və qayğıyla yanaşırlar. Amma müalicə səhhətimə elə də müsbət təsir göstərmədi. Səhhətimdə daha da pisləşmə gedir. Özümü reklam etməyi sevmirəm. Təəssüf ki, xəstəliyimə görə tanındım. Amma artıq məcburam ki, insanlardan, dövlətimizdən kömək istəyim. Artıq həyatla ölüm-dirim mübarizəsi aparıram. Övladlarım var, yaşamaq istəyirəm. Bu vaxta kimi kimdənsə kömək istəmədim. İndi mənim sizlərin köməyinizə ehtiyacım var. Açıq danışacağacam. Mənim qaraciyərim artıq öz funksiyasını itirərək sıradan çıxıb. Təcili olaraq qaraciyər transplantasiyasına

ehtiyacım var. Sentyabra kimi qaraciyərim mütləq dəyişilməlidir. Ümid edirəm ki, Azərbaycan xalqı məni ölməyə qoymayacaq. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Yalçın Səlimov 20 ildən çoxdur Sumqayıt Dövlət Dram Teatrında çalışır.

Teatrın repertuarında olan tamaşalarda maraqlı obrazlar ifa edib. 46 yaşlı aktyor Yalçın Səlimovun özünəməxsus yaradıcılıq yolu var.

Xatırladaq ki, martın 26-da aktyorun vəziyyəti pisləşərək Sumqayıtda xəstəxanaya yerləşdirilib. (ona.az)


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Açar sözlər
Yalçın Səlimov , Sumqayıt Şəhər Xəstəxanası , Sumqayıt Dövlət Dram Teatrı , Azərbaycan , Sumqayıt
Mədəniyyət xəbərləri
Leyla Əliyeva intihar edən Elinaya şeir yazdı

Leyla Əliyeva intihar edən Elinaya şeir yazdı

14-04-2019 10:36 - Qaynarinfo.az - Mədəniyyət
Не убивай себя… постой, не надо! Не убивай себя! Прошу, мой друг! Жизнь ведь и есть ценнейшая награда! Услышь же каждого, не слушая вокруг! Услышь же суть, а не слова пустые, Хотя есть доля правды даже в них! Пусть люди к боли и слезам глухие…_ И даже души делят на чужих! И даже если кажется, что сложно…_ Знай правда… правда лучше говорит! Ее под речью-маской прячем ложно! Но мысль громче молнии звучит! Несправедливо поступают страхи И убивают время насовсем! Оно сгорит, поймете только в прахе, Что время ценное дано, не всем! И драгоценней времени не будет, Люби его под музыку ветров! Простит за все, простит и не осудит! Ты только попроси без лживых слов! Душа, что потерялась меж мирами, Не обретет обещанный покой! Не убивай себя… излечим раны И посмеемся вдоволь над тоской! Не убивай себя… раз есть уж силы Так смело и безумно поступить! Тогда найди в себе чуть силы, Чтоб эту жизнь бесценную прожить Hərfi tərcüməsi: Özünü öldürmə…dayan, eləmə! Özünü öldürmə, lütfən, dostum! Axı, həyat çox qiymətli hədiyyədir, Ətrafını eşitmədən, duy hər kəsi! Mənanı anla, boş sözlərdən uzaq ol, Onlarda doğrudan pay olsa belə! Lap insanlar acını, göz yaşını görməsin, Ruhlarını başqaları ilə bölüşsün.
Xeberle.com digər xəbərlər