AĞLASIĞMAZ CİNAYƏT: Arvadını və iki uşağını diri-diri yandırdı


Evini məqsədli şəkildə yandırmaqda şübhəli bilinən 29 yaşlı kişi saxlanılıb.

BiG.AZ sonxeber.az-a istinadən xəbər verir ki, hadisə Başqırdstan Respublikasının Davlekanovo şəhərində baş verib.

Yanğın zamanı şübhəlinin evdə olan arvadı və 2 uşağı yanaraq həlak olublar. Hadisənin baş verməsinə səbəb isə, evə gəc gəldiyi üçün arvadının qapını açmaması olub. Bundan qəzəblənin kişi evə od vurub. Daha sonra qaçaraq gizlənib.

Nəticədə qaçmağa imkan tapmayan arvadı və uşaqları diri-diri yanıblar.

Hadisə xəbərləri
Big.az digər xəbərlər