Ağsuda şəhid anasının evinin təmiri niyə yarımçıq qalıb? - ARAŞDIRMA - VİDEO

Ağsuda şəhid anasının evinin təmiri niyə yarımçıq qalıb? - ARAŞDIRMA - VİDEO

Ağsu rayonunun Qaraqaşlı kənd sakini, şəhid anası Adilə Səlimovanın bərbad vəziyyətdə olan evinin təmiri üçün görülən işlər yarımçıq qalıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, şəhid İlqar Səlimovun anası Adilə Səlimova yaşadığı evin təmiri üçün iki il öncə rayon rəhbərliyindən kömək istəyib.

Vəsait ayrılıb, evin dam örtüyü, pəncərələri dəyişdirilib, evin divarlarında bərpa işləri görülüb, lakin bir ildən çoxdur ki, evin otaqları, sanitar qovşağı, mətbəxində heç bir təmir işi görülməyib. Lazım olan tikinti materialları alınmadığı üçün ustalar işi yarımçıq qoyaraq gediblər.

Şəhidin qardaşı Yadigar Səlimov 90 yaşlı anası və ailəsi ilə birgə bu şəraitsiz evdə yaşayır. O, evdə təmir-bərpa işləri üçün Nadir Səfərov adlı iş icraçısına 13 min manat pul verildiyini, lakin həmin pulla evdə təmir işlərinin tamamlanmadığını bildirib: “Aidiyyəti qurumlara müraciət etmişik, hələ köməklik edən yoxdur”.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Ağsu Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin əməkdaşı Rəvan Feyzullayev ONA-nın yerli bürosuna müsahibəsində bildirib ki, bir neçə il əvvəl dövlət tərəfindən şəhid İlqar Səlimovun ailəsinə yeni mənzil verilib. Şəhid anası Adilə Səlimova hazırda gəlini və nəvəsi ilə həmin evdə yaşamır. O, başqa oğlu Yadigar Səlimovun evində yaşayır və həmin mənzilin də təmirinin başa çatdırılmasını istəyir. Rayon rəhbərliyinin köməyi ilə yaxın vaxtlarda şəhid anasının yaşadığı evdə təmir işləri davam etdiriləcək. Bunun üçün aidiyyəti qurumlara tapşırıq verilib.

Açar sözlər
Adilə Səlimova , Ilqar Səlimov , Rəvan Feyzullayev , Yadigar Səlimov , Nadir Səfərov , Ağsu Rayon Icra Hakimiyyəti , Ağsu
Hadisə xəbərləri
DİM: Martın 17-də 33054 şagird buraxılış imtahanı verəcək

DİM: Martın 17-də 33054 şagird buraxılış imtahanı verəcək

26-04-2019 09:55 - Milliyol.az - Hadisə
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və.icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 111 imtahan mərkəzi ayrılıb.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq.
Ona.az digər xəbərlər