AİF üzvləri ICANN rəhbərliyi ilə görüşüb

 AİF üzvləri  ICANN rəhbərliyi ilə görüşüb

AİF İdarə Heyətinin üzvləri İCANN Direktorlar Şurasının üzvləri və Regional menecerləri ilə görüş keçiriblər. Görüşdə İCANN tərəfdən İGF 2012 Forumunda iştirak edən rəsmi nümayəndələr iştirak edib.

Görüşdə Azərbaycan İnternetinin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. AİF üzvləri son dövrlərdə Azərbaycan İnternetinin xeyli inkişaf yolu keçdiyini diqqətə çatdrııblar. Həmçinin milli İnternet seqmentinin inkişafını əngəlləyən problemlərə də toxunulub.

Xüsusilə də .az domeninin qeydiyyatı sahəsində ciddi problemlərin olması və bunların aradan qaldırılması ilə bağlı İCANN tərəfindən diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə AİF-in gələcəkdə İCANN –la və digər beynəlxalq İnternet qurumları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

AİF bildirir ki, bundan öncə AİF rəhbərliyinin İGF2012 tədbirinə qatılan, nüfuzlu beynəlxalq İnternet qurumu hesab olunan İSOC rəhbərliyi ilə də görüşü keçirilib.

Siyasət xəbərləri
Xeberler.az digər xəbərlər